Türkiyədə daşqın nəticəsində altı nəfər həlak oldu - FOTO

7-09-2023, 09:49           
Türkiyədə daşqın nəticəsində altı nəfər həlak oldu - FOTO
Türkiyənin Avropa hissəsindəki Kırklareli vilayətində baş verən daşqın qurbanlarının sayı altı nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.

“Təəssüf ki, istirahətdə olan daha iki nəfərin cəsədi tapılıb”, - o, “X” (keçmiş “Twitter”) hesabında yazıb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, təxminən 900 nəfərlik heyətlə itkin düşmüş hesab edilən yerli sakinin axtarışı davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru