Azərbaycanlı blogerin Rusiya vətəndaşlığı ləğv edildi, ölkəyə girişi 70 illiyinə yasaqlandı

28-02-2025, 10:14           
Azərbaycanlı blogerin Rusiya vətəndaşlığı ləğv edildi, ölkəyə girişi 70 illiyinə yasaqlandı
Milyonluq izləyicisi olan azərbaycan əsilli məşhur bloger SUBO Rusiya vətəndaşlığından məhrum edilib.
Ajans.az xəbər verir ki, Sübxan Məmmədovun Rusiya vətəndaşlığını qəbul edərkən özü haqqında yalan məlumat verdiyinə RF vətəndaşlığından məhrum edildiyi bildirilib.

Rusiya mətbuatı S. Məmmədovun polis əməkdaşlarını ələ salan videolar yaydığına görə vətəndaşlıqdan məhrum edildiyini yazıb.

Blogerin vərəndaşlığı ləğv olunmaqla yanaşı ona Rusiya Federaasiyası ərazisinə 70 il qadağa qoyulub.
Onun hazırda Birləşmiş Ərəb Əmirləriklərində olduğu bildirilib.

Qeyd edək ki, SUBO ləqəbli blogerin İnstagram sosial şəbəkəsində 13 milyon izləyicisi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru