"Audi"nin Brüsseldəki zavodu həmişəlik bağlanacaq

28-02-2025, 11:37           
"Audi"nin Brüsseldəki zavodu həmişəlik bağlanacaq
Belçikanın Brüssel şəhərində "Audi" şirkətinin zavodu fevralın 28-də bağlanacaq.

Bu barədə "France 24" məlumat yayıb.

Qeyd olunur ki, "Audi"nin Brüsseldəki zavodu istehsalını həmişəlik dayandıracaq və minlərlə işçi işdən çıxarılacaq ki, buna səbəb Avropada avtomobillərin tələbatdan artıq istehsal edilməsi olub.

Brüsseldəki "Audi" zavodunda 3 min işçi işləyirdi. "Audi" brendinin aid olduğu Alman avtomobil istehsalçısı "Volkswagen", uzun illər ərzində tədricən genişləndirilən, lakin yüksək logistika xərclərinə məruz qalan istehsalat sahəsində uzun müddət davam edən struktur problemlərinin olduğunu bildirib.

Qeyd edək ki, son zamanlarda Brüsseldəki zavodda "Audi Q8 e-tron" elektrik krossoveri yığılırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru