İtaliya Ukraynaya sülhməramlıların göndərilməsi ideyasını tənqid edir

28-02-2025, 09:14           
İtaliya Ukraynaya sülhməramlıların göndərilməsi ideyasını tənqid edir
İtaliyanın müdafiə naziri Guido Crosetto “X” sosial şəbəkəsində bəzi Avropa liderləri arasında avropalı sülhməramlıların Ukraynaya göndərilməsi ilə bağlı davam edən müzakirələri tənqid edib.

Demokrat.az xəbər verir ki, o, bəyan edib ki, Avropa İttifaqı daxilində ümumi dialoq olmadan belə bir qərar qəbul edilə bilməz.

Fevralın 26-da Britaniyanın “The Economist” jurnalı yazıb ki, Fransa və Böyük Britaniya Ukraynada öz hərbi kontingentini yerləşdirməyi planlaşdırır.

Lakin söhbət döyüş təmas xəttindən yox, şəhərlərdən, limanlardan, atom elektrik stansiyalarından və digər infrastruktur obyektlərindən gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru