Bakıda bu rayonlarda binalar təmir olunacaq - 48,5 mln. manatlıq LAYİHƏ

28-02-2025, 08:44           
Bakıda bu rayonlarda binalar təmir olunacaq - 48,5 mln. manatlıq LAYİHƏ
Bakının bir neçə rayonu üzrə dövlət mənzil fonduna aid binalar təmir olunacaq.
Bu barədə Hurriyyet.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, təmir işləri Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaları əhatə edəcək.

BŞİH başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq təmir işləri ilə bağlı hazırlıqlara başlayıb.

Qurum paytaxtın 12 rayonunda dövlət mənzil fonduna aid binalarında təmir işlərinə 48 500 000 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru