PYD, YPG və SDQ Öcalanın çağırışına səs verdi - Silahı yerə qoymağa hazırdırlar

Bu gün, 09:28           
PYD, YPG və SDQ Öcalanın çağırışına səs verdi -
PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən cavab gəlib.

Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Qeyd olunub ki, PYD lideri Öcalanın müraciətini dəstəkləyib.

"Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.

YPG terror təşkilatı PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymaqla bağlı çağırışını dəstəkləyib. Bu barədə təşkilatın mətbuat məsələləri üzrə məsul şəxsi Siyamend Eli açıqlama verib.

O bildirib ki, bu çağırış Türkiyə xalqı başda olmaqla regiondakı bütün xalqların sülh şəraitində yaşamalarına şərait yaradacaq: “Bu mesaj bizim üçün çox əhəmiyyətlidir. Bu, “savaş”ın dayandırılmasına hesablanmış ismarışdır”.

PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Ferhat Abdi Şahin isə bildirib ki, onların mövqeyi konstruktiv xarakterlidir: “Bu, sülh məsələsidir”.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.