Dünyada siqaret çəkənlərin sayı hansı səbəbdən azalıb? - ÜST-dən açıqlama

28-02-2025, 09:59           
Dünyada siqaret çəkənlərin sayı hansı səbəbdən azalıb? - ÜST-dən açıqlama
Son 20 ildə vergi artımı sayəsində tütün məhsullarından istifadə edənlərin sayı üç dəfə azalıb.

Oxu.Az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus və Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasının katibliyinin rəhbəri Adrian Blanko Markizonun birgə məqaləsində bildirilir.

"Son 20 ildə dünyada tütün istehlakının miqyası üç dəfə azalıb. Hesablamalara görə, 2005-ci illə müqayisədə tütün istifadəçilərinin sayı 118 milyon nəfər azalıb", - deyə məlumatda qeyd olunub.

Müəlliflərə görə, tütün istehlakını azaltmağın ən sərfəli yolu tütün məmulatlarına vergiləri artırmaqdır ki, bu da onların əlçatanlığını azaldır.

Qeyd olunur ki, tütün məlumatlarına tətbiq edilən vergilər dövlət büdcəsinə tütünlə mübarizə və səhiyyənin maliyyələşdirilməsi üçün əlavə gəlir mənbəyi kimi xidmət edə bilər.

Məqalədə vurğulanır ki, dünyada tütün istehlakının azalması daha çox uzun illər aparılan danışıqlardan sonra, tarixdə dünya birliyi tərəfindən ən geniş dəstəklənən, BMT-nin beynəlxalq müqavilələrindən biri olan Tütünlə Mübarizə üzrə ÜST-ün Çərçivə Konvensiyasının qüvvəyə minməsi ilə bağlıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru