Türkiyədə “Thodex”in qurucusuna 11 min ildən çox həbs verildi

9-09-2023, 14:54           
Türkiyədə “Thodex”in qurucusuna 11 min ildən çox həbs verildi
Türkiyə məhkəməsi “Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Özerə 11 min ildən artıq həbs və 135 milyon türk lirəsi (5 milyon dollar) məbləğində cərimə kəsib.

Cinayətkar qrup yaratmaqda və dələduzluqda ittiham olunan Özerin bacısı və qardaşı da həbs cəzası alıblar.

Qeyd edək ki, Özer 2021-ci ilin aprel ayının əvvəlində - “Thodex” platformasının müştərilər üçün bütün əməliyyatları dayandırmasının ertəsi günü Türkiyədən qaçıb. Ticarət platformasının 400 min istifadəçisinə dəyən zərərin məbləği 2-10 milyard dollar qiymətləndirilir.

Hadisə ölkənin kriptovalyuta sənayesini çökdürüb. Platforma rəsmi olaraq 2019-cu ildən fəaliyyət göstərib və kriptovalyuta ticarəti üçün lisenziyaya malik olub.

Mənbə: Habertürk












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.