Küçədə bacısının yanınandan qaçırılan qadınla bağlı gerçək ortaya çıxdı - Gündəm olan görüntü (FOTO+VİDEO)

11-09-2023, 11:44           
Küçədə bacısının yanınandan qaçırılan qadınla bağlı gerçək ortaya çıxdı -
İstanbulun Qaziosmanpaşa küçəsində qadın zorla maşına mindirilərək qaçırılması hadisəsi böyük əks-səda doğurub.

32gun.az Türkiyə KİV-nə istinasən bildirir ki, Polis əməkdaşları sosial şəbəkədə yayılan görüntülədən sonra hərəkətə keçib və əməliyyata başlayıb.

Mövzu ilə bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzindən açıqlama verilib. Açıqlamada "Bir şəxsin nişanlısına sürpriz etmək istədiyi görüntülərin anlaşılmazlığa səbəb olduğu müəyyən edilib”, - deyə məlumatda bildirilib.

Məlumata görə, dünən axşam saatlarında Qaradəniz səmtində General Aldoğan küçəsində bacısı ilə gedən qadına yaxınlaşan avtomobildən düşən şəxs qadını zorla maşına mindirib. Sözügedən hadisənin anları yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Görüntülərdən də görünür ki, avtomobildə olan insanlar daha sonra sürətlə hadisə yerindən uzaqlaşıblar. Görüntülərin sosial şəbəkədə yayılmasının ardından polislər işə başlayıb və sözügedən hadisə ilə bağlı polisə müraciətin olmadığı öyrənilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru