Bu türk ölkəsindən ərazi bütövlüyümüzlə bağlı bəyanat

12-09-2023, 17:35           
Bu türk ölkəsindən ərazi bütövlüyümüzlə bağlı bəyanat
Qazaxıstan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edir və bütün məsələlərin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə və normalarına uyğun olaraq siyasi-diplomatik yol ilə həll olunmasına tərəfdar olduğunu bildirir”, - Qazaxıstan XİN-in bəyanatında qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru