Türkiyədə mədən çökdü

13-09-2023, 16:56           
Türkiyədə mədən çökdü
Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə baş verib.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Əraziyə AFAD, təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib. Hadisə ilə bağlı “TRT Haber”ə açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, mədəndə 280 nəfər var, 4 nəfər xəsarət alıb: “Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru