Hakan Fidan: “Türkiyə İraq, BƏƏ və Qətər intensiv danışıqlar aparır”

14-09-2023, 10:28           
Hakan Fidan: “Türkiyə İraq, BƏƏ və Qətər intensiv danışıqlar aparır”
Türkiyənin xarici işlər naziri Hakan Fidan İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə və Qətər arasında İnkişaf Yolu Layihəsi ilə bağlı intensiv danışıqların davam etdiyini bildirib.

Bu barədə o, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə Ankarada keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında danışıb.

Türkiyəli nazir son illərdə COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, ABŞ-Çin arasındakı rəqabət də daxil olmaqla, bir sıra hadisələr fonunda yeni ticarət yollarının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Fidan qeyd edib ki, ticarət yolu təkcə iqtisadi anlam daşımır, həm də geostrateji rəqabəti əks etdirir. Buna misal olaraq XİN rəhbəri Yeni Dehlidə keçirilən G20 Liderlərinin Zirvə Toplantısında anlaşma memorandumu imzalanan Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini qeyd edib.
“Prezidentimizin qatıldığı G20 toplantılarında gündəmə gələn və dəstəklədiyimiz digər dəhliz layihəsi də Fars körfəzindən gəlib İraqdan keçəcək İnkişaf Yolu layihəsidir. Hazırda Türkiyə bununla məşğuldur. Xüsusilə İraq, BƏƏ, Türkiyə və Qətər bu mövzuda gərgin danışıqlar aparırlar”, - deyə Fidan vurğulayıb.

Mənbə: Anadolu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.