Təbrizdə vəkillər etiraz aksiyası keçirib

15-09-2023, 09:24           
Təbrizdə vəkillər etiraz aksiyası keçirib
Sentyabrın 13-də Təbriz şəhərində bir qrup vəkil Şərqi Azərbaycan Vəkillər Kollegiyası binası qarşısında parlamentin yeni qərarlarına qarşı etiraz mitinqi keçirib.

Vəkillərin etirazı xüsusilə parlamentin vəkillik lisenziyasının verilməsi səlahiyyətinin Vəkillər Kollegiyasından alınması və İqtisadiyyat və Maliyyə Nazirliyinə verilməsi ilə bağlı olub.

Piketdə iştirak edən hüquqşünasların fikrincə, parlamentin bu yeni qərarı vəkillik lisenziyası vermək səlahiyyətini İqtisadiyyat və Maliyyə Nazirliyə verməklə, vəkillər kollegiyalarının əsas hüquqlarını və müstəqilliyini pozur.

Mitinqində vəkillər kollegiyalarının müstəqilliyinin qorunması üçün müxtəlif pankartlar nümayiş etdirilib.

Bu pankartların bəzilərində “Vəkillər Kollegiyasının müstəqilliyi millətin əsas hüquqlarının təminatıdır” və “Vəkillər Kollegiyasının Müstəqilliyi = Ədalətli Məhkəmə Sistemi” kimi şüarlar əks olunub.

Təbrizin vəkilləri parlamentin bu qərarını kəskin tənqid edərək, bunu Vəkillər Kollegiyasının müstəqilliyinin açıq şəkildə pozulması və ölkənin məhkəmə sisteminə müdaxilə kimi qiymətləndiriblər.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan haqları Komissiyasının üzvü Əsgər Məhəmmədi şəxsi İnstagram hesabında həmin gün Şərqi Azərbaycan vəkillərinin konsensus iclası keçirdiyini və parlamentin əlaqədar qərarlarının pisləndiyini bildirib.

Bəzi hüquqşünaslar bildirirlər ki, hər bir ölkənin Beynəlxalq Vəkillər Kollegiyasına üzvlüyünün şərti o ölkənin Vəkillər Kollegiyasının müstəqilliyindən asılıdır və parlamentin təsdiq etdiyi layihə İranın Beynəlxalq Vəkillər Kollegiyasına üzvlüyünün ləğvinə səbəb ola bilər.

Məhkəmə sisteminin müstəqilliyi bir ölkənin demokratik cəmiyyətin mühüm komponenti hesab edilir və məhkəmə hakimiyyəti vətəndaşların hüquqlarının qorunmasında, İcraedici hakimiyyətin sərhədlərinin müəyyən, qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.