Ərdoğan Suriya ilə münasibətləri bərpa etmək istəyir, Əsəd isə Türkiyənin təkliflərini rədd edir

15-09-2023, 12:08           
Ərdoğan Suriya ilə münasibətləri bərpa etmək istəyir, Əsəd isə Türkiyənin təkliflərini rədd edir
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan hökumətinin illərlər suriyalı üsyançları dəstəkləməsindən sonra Suriya Prezidenti Bəşər Əsədlə pozulan münasibətlərni bərpa etmək istəyir. Ancaq Əsəd Türkiyə qüvvələrini Suriyadan çıxarmayanadək danışıqları rədd edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğdan on ildən uzun bir müddət suriyalı üsyançıları dəstəklədi. İndi üsyançılar məğlubiyətlə üzləşdiyi bir vaxt, Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə münasibətlərini düzəltmək istəyir, çünki o, milyonlarla suriyalı qaçqını ölkələrinə geri göndərməyə çalışır.

Təhlilçilər deyir ki, Ərdoğan Əsədin İran və Rusiyanın dəstəyi sayəsində hakimiyyətdə qalacağını dərk edir.

“İndi Ərdoğan onunla yanaşı yaşamalıdır. Yanaşı yaşamaq o deməkdir ki, o, onunla danışıqlar aparmalıdır, çünki onun Suriya rejimində bir neçə istəyi var. Onlardan biri odur ki, Türkiyə daxilində xeyli sayda suriyalı qaçqının Suriyaya geri qaytarılması üçün böyük ictimai təzyiq var,” Demokratiyaların Müdafiəsi Fondundan Sinan Ciddi deyir.

Ancaq Əsəd Türkiyə qüvvələrini Suriyadan çıxaranadək Ərdoğanla danışıqları istisna edir.

Ərdoğan üçün isə bu müzakirəyə bir məsələ açıq deyil. O deyir ki, Türkiyənin ölkə daxilindəki qiyamçılarla əlaqəsi olmaqda ittiham etdiyi suriyalı kürd qüvvələrinin yaratdığı təhlükəyə qarşı durması həyati əhəmiyyət daşıyır.

“Türkiyə sərhədin cənub hissəsindən və ya Suriyanın şimal hissəsindən təhlükəsizliyinə təhdidinin olduğunu hiss etdiyi müddətcə Türkiyə qüvvələri orada qalmağa davam edəcək,” Türkiyənin Suriyadakı keçmiş səfiri Ömer Onhon deyib.

Əsəd bu yaxınlarda yenidən Ərəb Liqasında daxil edilib və bununla da onun regional təcridinə son qoyulub. Bəzi analitiklər deyir ki, bu, onu güclü türk qonşusuna qarşı getdikcə daha iddialı mövqe tutmağa cəsarətləndirir.

“Bəşər Əsəd Ərəb Liqasında ilk çıxışında Osmalı İmperiyasının ekspansionist siyasətindən bəhs etdi, o şikayətləndi və Türkiyəyə işarə etdi. Yəni onun ilk işi Türkiyəni tənqid tmək oldu. Bu o deməkdir ki, onlar arasında pis münasibətin çox güman ki təsiri olacaq və münasibətlərətəsir göstərməyə davam edəcək. baxmayaraq ki Suriyanın ölkəsini bərpa etmək üçün Türkiyənin dəstəyinə ehtiyacı var,” London İqtisadiyyat Məktəbinin Çağdaş Türk Araşdırmaları İnstitunundan Selin Nasi deyib.

Rusiya Dəməşqi mühüm hərbi dəstəklə təmin edir və Rusiya Prezidenti Vladimir Putin Ərdoğanın Əsədlə çıxılmaz vəziyyəti həll etməsi üçün mühüm rol oynaya bilər. Bu ay iki lider arasında keçirilən görüşdə Putin Suriyada əməkdaşlığa ehtiyacın olduğunu vurğulayıb.

“Deyək ki, Türkiyə və Əsəd rejimini müdafiə və xarici işlər nazirləri səviyyəsində görüşməyə məhz Rusiya təşviq etdi. Beləliklə, Rusiyanın rolu var. Amma məsələ ondadır ki, Rusiyanın maraqları və prioritetləri Türkiyənin və ya hətta Əsəd rejiminin maraqları və prioritetləri ilə üst-üstə düşürmü?,” Türkiyənin Suriyadakı keçmiş səfiri Ömer Onhon deyib.

Müşşahidəcilər deyir ki, Suriya münaqişəsi Putinə Ərdoğanla mürəkkəb əlaqələrində güc verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.