Qırğızıstan və Tacikistan sərhəd barədə razılığa gəldilər

15-09-2023, 12:44           
Qırğızıstan və Tacikistan sərhəd barədə razılığa gəldilər
Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmon Düşənbədə keçirilən görüşdə iki ölkə arasında münasibətlərin əsas problemli məsələsi - sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı ən yüksək səviyyədə müzakirələri bərpa ediblər.

Modern.az xəbər verir ki, danışıqlar Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət görüşü çərçivəsində baş tutub.

Görüş hər iki respublikanın müstəqillik tarixində ən böyük sərhəd münaqişəsinin ildönümündə baş tutub. Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində toqquşma 2022-ci il sentyabrın 14-də başlayıb. Qırğızıstan tərəfdən 59 nəfər həlak olub, 140 nəfər yaralanıb. Tacikistanda 41 nəfərin öldüyü bildirilir. Sentyabrın 18-də tərəflər sərhəddə birgə patrulla bağlı razılığa gəliblər və onlar həmçinin münaqişə zonasında yolların bağlanması barədə qərar qəbul ediblər. Sentyabrın 19-da sülh protokolu imzalanıb.

Düşənbədə keçirilən görüşdə Sadır Japarov və Emoməli Rəhmon iki dövlət və xalq arasında mehriban qonşuluğun möhkəmləndirilməsi üçün müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bu gün Qırğızıstanla Tacikistan arasındakı 972 km sərhəddən 682 km-i razılaşdırılıb. Ölkələr Qırğızıstanın Batken və Oş vilayətlərindəki mübahisəli ərazilərlə bağlı hələ qərar verməyiblər. Bu məsələni müzakirə edən tərəflər 1920-ci illərə aid müxtəlif sənədləri bir-birinə təqdim edirlər. Ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistandan olan həmkarları ilə görüşündə bu tarixi mübahisədə vasitəçilik etməyə hazır olduğunu bəyan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.