Türkiyədə iki əmioğlunun mübahisəsi ölümlə nəticələndi - ANBAAN VİDEO

15-09-2023, 13:33           
Türkiyədə iki əmioğlunun mübahisəsi ölümlə nəticələndi - ANBAAN VİDEO
Türkiyənin Fethiye şəhərində iş yerində əmisi oğlu ilə mübahisə edən Murat E. bir müddət sonra şəxsi avtomobili ilə hadisə yerinə qayıdıb.

Bu zaman mübahisə etdiyi əmisi oğlunun həyat yoldaşı Muratın yenidən hadisə yerinə qayıtdığını görüb və əlindəki çubuqla onun avtomobilinə hücum edib.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Murat E. idarə etdiyi avtomobili əvvəl qadının, daha sonra mübahisə etdiyi əmisi oğlunun üzərinə sürüb. Hadisə nəticəsində mübahisə yerinə gəlmiş digər bir nəfər də xəsarət alıb.

İnsident nəticəsində Muratın əmisi oğlu həyatını itirib, qadın və digər şəxs ağır xəsarət alıblar.
Artıq cinayəti törətmiş Murat E. saxlanılıb.

Hadisənin təfərrüatı araşdırılır.

DHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru