Qazaxıstanda peyk televiziyası xidmətləri dayandırılıb

16-09-2023, 14:08           
Qazaxıstanda peyk televiziyası xidmətləri dayandırılıb
Qazaxıstanda “KazSat-3” rabitə kosmik peykində yaranan problemlərə görə bir neçə peyk televiziyası və radio yayımı xidmətlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, insident aparatın Ayın və Yerin kölgə zonalarından keçidi ilə bağlıdır.
Eyni zamanda, “KazSat-2” peykindən istifadə edən dövlət televiziya kanalları adi qaydada yayımlanır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru