Əsəddən Türkiyədəki suriyalı qaçqınlar üçün son ÇAĞIRIŞ

16-09-2023, 10:32           
Əsəddən Türkiyədəki suriyalı qaçqınlar üçün son ÇAĞIRIŞ
“Türkiyədə olan vətəndaşlarımız 6 ay ərzində ölkələrinə qayıtmasalar, vətəndaşlıqdan çıxarılacaqlar”

"DogruXeber.az" xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd Türkiyədəki suriyalı qaçqınlar üçün son çağırış edib.

On ildən artıqdır ki, vətəndaş müharibəsinin davam etdiyi Suriyada milyonlarla insan qanunsuz olaraq Türkiyədə məskunlaşıb.Ən çox qaçqına ev sahibliyi edən Türkiyədə, İmmiqrasiya İdarəsi Müdirliyinin açıqladığı rəsmi məlumatlara görə, qeydiyyatdan keçmiş əcnəbilərin ümumi sayı 4 milyon 990 min 663, digər tərəfdən isə nizamsız qaçqınlarla bağlı dəqiq məlumat yoxdur.

Ona görə də Türkiyə sərhədləri daxilində qeydiyyatsız qaçqınların sayının naməlum olması müzakirələri günü-gündən qızışdırır. Suriya prezidenti Bəşər Əsəd Türkiyədə qeydiyyatda olan və olmayan vətəndaşlarına son müraciət edib.

Əsəd, “Türkiyədə olan vətəndaşlarımız 6 ay ərzində ölkələrinə qayıtmasalar, vətəndaşlıqdan çıxarılacaqlar. Onlar bir daha Suriyaya girə bilməyəcəklər və heç bir hüquq tələb edə bilməyəcəklər”- deyə Əsəd bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru