Türkiyə ordusundan hava əməliyyatı: 31 hədəf məhv edildi
16-09-2023, 11:33
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, sentyabrın 13 və 15-də İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçular da daxil olmaqla onların istifadə etdiyi 31 hədəf məhv edilib.