100 yaşında ölənə “gənc öldü” deyirlər - Sirli Hunza türkləri

17-09-2023, 09:44           
100 yaşında ölənə “gənc öldü” deyirlər -
Çin və Əfqanıstanın sərhədində Hunza dağlarında məskunlaşan türklərə bu yerlərdə yaşayan digər xalqlar Asya türkləri deyirlər. Onlar sarışın saçları, mavi gözləri, qırmızı yanaqları ilə qaraşın pakistanlılardan, qıyıqgözlü çinlilərdən çox fərqlənirlər. Üstəlik, milli geyimləri də onları uzaqdan ayırd etməyə imkan verir. Bütün dünyada isə onlara sirli Hunza xalqı deyilir. Sirləri ömürlərinin uzun və çox sağlam olmasındadır.

Teref.az Lent.az-a istinadən xəbər verir ki, dəniz səviyyəsindən 6 min metr yüksəklikdə çətin coğrafi mövqedə və sərt iqşlim şəraitində məskunlaşan bu insanların ən az yaşayanı 110 il ömür sürür, 65 yaşı yolun yarısı hesab edirlər. Hunza türkləri uzun illər araşdırmaçıların, alimlərin diqqətini çəkiblər, onların haqqında maraqlı tədqiqatlar aparılıb. Məlum olub ki, heç bir xalq onlar qədər sağlam deyil. Əsas sirr onların bol oksigenli hava ilə nəfəs almalarındadır.

Sağlam qidalanmağa önəm verirlər. Əsasən öz yetişdirdikləri meyvə, tərəvəz və ət məhsulları ilə qidalanırlar. Uzun sürən sərt qışda inək, keçi, yay aylarında quş ətinə üstünlük verirlər. Ədviyyatlardan istifadə etməklə immunitetlərini güclü saxladıqlarını düşünürlər. Alimlərin fikrincə, Hunzalar rutunləşmiş həyat tərzlərinə görə sağlam və uzunömürlüdürlər. Onlar minillik ənənələrə sadiq qalaraq, demək olar ki, dəyişmədən yaşayırlar. Bu da stressiz həyat deməkdir.

Maraqlıdır ki, bu xalqın nümayəndələri arasnda bir nəfər də xərçəng xəstəsi olmayıb. Əsasən ovçuluq, heyvandarlıqla məşğul olan Hunzalar köçəri həyat sürürlər. Dilləri qədim türk dillərini xatırladır və asta danışanda anlamaq olur.

Hunza qadınları 65-70 yaşında təbii yollarla ana olurlar, 100 yaşda ölən soydaşlarını “gənc ölü” deyib ağlayırlar. Böyük əksəriyyəti İslam dininə inanır. Amma qədim türk inanclarını da yaşadırlar. Aralarında şamanlar, təbiblər var. Xəstələnəndə dağlar başında ulu babalarının ruhlarını çağıraraq kömək istəyir, bu yolla şəfa tapdıqlarına inanırlar.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.