Nikoldan Ərdoğanın təklifinə reaksiya

17-09-2023, 12:29           
Nikoldan Ərdoğanın təklifinə reaksiya
Müxtəlif təkliflər və ideyalar var, mən heç birini açıqlamaq istəmirəm.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinin İrəvana edilib-edilməməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq", - Paşinyan bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.