Təbrizdə təhlükəsizlik qüvvələri ana ilə qızını həbs edib

19-09-2023, 09:18           
Təbrizdə təhlükəsizlik qüvvələri ana ilə qızını həbs edib
Təbrizdə Məhsa Əmininin ölümünün birinci ildönümü ilə bağlı etiraz aksiyalarına çağırış vərəqələri paylamaqla ittiham edilən iki nəfər həbs edilib.

İranın "hamshahrionline" xəbər saytının yayımladığı məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən qız və anası kiber polis və polisin xüsusi bölmələrinin kəşfiyyat qurumu tərəfindən müəyyən edilərək həbs edilib.

Kimliyi açıqlanmayan vətəndaşların bir İnstagram səhifəsinin administratoru olduğu bildirilib. İnstagram səhifəsi barədə məlumat verilməyib, ancaq yayılan xəbərdə səhifənin 2 milyon təqibçisi olduğu qeyd olunub.

Onların harada saxlanıldığı və ittihamları barədə ətraflı məlumat yoxdur.

Sentyabrın 16-da Məhsa Əmininin öldürülməsinin birinci ildönümündə ölkədə təhlükəsizlik tədbirləri görünməmiş və bənzərsiz bir şəkildə artırılıb. Çox sayda isan və siyasi fəalın həbs edilməsinə baxmayaraq, bəzi şəhərlərdə etiraz aksiyaları keçirilib.

Son günlər İran hökumətinə yaxın mediada sosial mediada fəaliyyət göstərən şəxslərin həbsi ilə bağlı çoxlu xəbərlər dərc olunub.
amerikaninsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru