Dostlarını donuz zənn edib güllələdilər - Dəhşətli hadisə

20-09-2023, 00:06           
Dostlarını donuz zənn edib güllələdilər -
Çanaqqala şəhərində dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kadri Can (40) dostları B.B. və S.P tərəfindən donuz zənn edilərək tüfənglə vurulub.

Hadisədən sonra Can həyatını itirərkən, B.B və S.P saxlanılıb.

Məlumata görə, evli və iki uşaq atası olan Kadri Can dostları B.B. və S.P ilə tarlalarına dadanan donuzları qovmaq üçün tüfənglə ova çıxıb.
Dostlar ərazidə səpələnərək donuz sürüsünə atəş açıblar. Tüfəngdən açılan saçmalar Kadri Cana dəyib. K.Can qan içində yerə yıxılıb. Vəziyyəti görən dostları B.B. və S.P. dərhal kömək istəyib. Xəbər üzərinə bölgə polis və səhiyyə əməkdaşları əraziyə sövq edilib. Tibb əməkdaşları tərəfindən edilən müayinədən sonra Canın hadisə yerində həyatını itirdiyi təyin olunub. B.B. və S.P polis tərəfindən saxlanılıb.

Şübhəlilərin jandarmadakı əməliyyatları davam edir. Hadisə ilə bağlı istintaq başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru