Diqqət! Bu çiçəyin dərilməsinin cəzası 244 mindir (FOTO)

21-09-2023, 12:48           
Diqqət! Bu çiçəyin dərilməsinin cəzası 244 mindir (FOTO)
Aralıq dənizi sahillərində nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi üçün qoruma altına alınan qum zanbaqlarının darma cəzası var.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən zanbağın qoparılmasının cəriməsi 244 min türk lirəsidir.

Bu barəd təbiəti Mühafizə və Milli Parklar Şöbəsinin qrupları şəhərdən və xaricdən gələn insanların yerli sakinlərə həssas olan qum zanbaqlarını bilmədən qoparmasının qarşısını almaq üçün xəbərdarlıq edib.

Məlumatda qeyd edilib ki, gözəlliyi ilə valeh edən qum zanbaqları nəsli kəsilmək təhlükəsi altında olduqları üçün xüsusi diqqətlə qorunur.

Aralıq dənizinə 321 kilometrlik sahil xəttinə sahib olan Mersində çimərliklər qum zanbaqları ilə bəzədilib. Nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi üçün mühafizə altında olan qum zanbaqları sentyabr ayında çiçək açıb. Erdemlidəki Alata Bağçılıq Araşdırma İnstitutunun çimərliyində bir çox sahil zolağında görülən qum zanbaqlarının sıxlığı hər il olduğu kimi bu il də diqqət çəkib.



Aman dikkat! Bu çiçeği koparmanın cezası 244 bin TL - Resim: 4Qum zanbaqlarının ağ çiçəkləri, xüsusilə caretta caretta və yaşıl dəniz tısbağalarının çoxalma nöqtəsi olan bölgədə ayrı bir vizual şənlik yaradıb. Toxumları xırda kömür parçalarına bənzəyən zanbaqları qoparıb, soğanlarını xaricə aparmağa görə keçən il 109 min 593 lirə olan cərimə bu il 244 min 315 lirəyə yüksəlib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.