Xəbər iki ölkəni yasa boğdu – “Qələbə Ərdoğanındır”

24-09-2023, 20:10           
Xəbər iki ölkəni yasa boğdu –
Türkiyə və Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan amerikalı senator Bob Menendez ona qarşı açılan cinayət işinə (rüşvət) görə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədrliyindən müfəqqəti olaraq uzaqlaşıb.

Teleqraf.com xəbər verir ki, senatorun evindən yüz minlərlə dollar dəyərində külçə qızıl və nağd pul tapılıb.

Demokratlar Partiyasından senator Çak Şumer açıqlamasında belə deyib:

“Senator Menendez haqlı olaraq məsələ həll olunana qədər Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsini müvəqqəti olaraq tərk etmək qərarına gəlib”.

Nyu-York Federal Məhkəməsinə təqdim edilən 39 səhifəlik ittihanamədə Menendez və erməni əsilli həyat yoldaşı Nadina Arslanyan müxtəlif iş adamlarından rüşvət almaqda günahlandırılır. Federal prokurorlar bir ildən çox davam edən istintaq çərçivəsində Menendezin evində aparılan axtarışlar zamanı 100 min dollar dəyərində qızıl külçələr və 480 min dollarlıq nağd pul ələ keçirdiklərini açıqlayıb. İttihamnamədə həmçinin qeyd olunur ki, Menendez senator vəzifəsindən istifadə edərək, qızıl və nağd puldan əlavə, digər korrupsiya fəaliyyətlərində iştirak edib.

Menendezə açılan cinayət işi və istefası Yunanıstan mətbuatında geniş işıqlandırılıb. Hadisələrin Afina üçün ciddi mənfi nəticələrə səbəb ola biləcəyini bildirən yunan nəşrləri Türkiyənin F-16 alması ilə bağlı yeni gəlişmələrin ola biləcəyini yazırlar.

Flight.gr saytı bildirir ki, Menendezin istefası Yunanıstan və Cənubi Kipr üçün böyük itkidir: “Bizi bu qədər dəstəkləyən ikinci senator yoxdur. Ərdoğan Menendezin istefası ilə qələbə qazandı”.

“Kathimerini” qəzeti isə vurğulayır ki, Ermənistanla yanaşı, Yunanıstana da ciddi dəstək verən Menendezin istefası ilə Türkiyənin F-16 qırıcıları alması qarşısındakı ciddi maneə aradan qalxıb.

Qeyd edək ki, Bob Menendez ABŞ hökumətinin Azərbaycana yeni səfir təyin etməsinə də mane olurdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.