Azərbaycan Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanıya bilər

27-09-2023, 08:14           
Azərbaycan Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanıya bilər
Azərbaycan Qarabağda separatizmə son qoyduqdan, bununla ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Kuzey Kıbrıs Türk Cumhuriyyətini (KKTC) tanımaq istiqamətində addımlar ata bilər.
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın da belə bir istəyi var. Keçmişdə rəsmi Bakı Kuzey Kıbrıs məsələsində ona görə ehtiyatlı davranırdı ki, Yunanıstan Karabağ separatçılarını tanıya bilərdi, artıq torpağımızda nə separatçılıq qalıb, nə də onları tanımaq təhlükəsi mövcuddur.
Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən təyyarədə jurnalistlərin suallarına cavabında Azərbaycan prezidenti İlham Əliyevin KKTC prezidenti Ersin Tatarı 3 oktyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının toplantısına dəvət təşəbbüsünə dəstək verdiyini bildirib.
Ərdoğan Əliyevin KKTC-yə artan dəstəyindən məmnundur. Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrinə də KKTC-ni tanımasına heç nə mane olmur.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.