Türkiyədə 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkisinin tarixi məlum olub.
Ali Seçki Komissiyasının bələdiyyə seçkisi ilə bağlı qərarı ölkənin “Rəsmi qəzet”ində dərc olunub. Sənədə əsasən, sözügedən seçki gələn il martın 31-də baş tutacaq.