Atasını güllələyərək öldürdü

3-10-2023, 08:14           
Atasını güllələyərək öldürdü
Diyarbəkirin Hazro rayonunda dəhşətli hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, davamlı olaraq şiddədətə məruz qalan yeniyetmə atasını uzun lüləli tapança ilə güllələyərək öldürüb.

35 yaşlı atasını başından güllələyərək öldürən 15 yaşlı yeniyetmə həbs olunub. O, atasının ona və anasına qarşı daim zorakılıq etdiyini, buna görə də onu öldürdüyünü bildirib.

Atasını ağır şəkildə yaraladıqdan sonra şübhəli hadisə yerindən qaçıb. Həkimlər tərəfindən Hazro Dövlət Xəstəxanasına aparılan kişinin həyatını xilas etmək mümkün olmayıb.

Atanın cənazəsi torpağa tapşırıldıqdan bir müddət sonra qaçan yeniyetmə könüllü şəkildə polisə təslim olub.

Araşdırmalardan sonra məhkəməyə çıxarılan yeniyetmə həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.