İstanbulda dəhşət: Qayalar qoparaq yaşayış evlərinin üstünə düşdü - FOTOLAR

3-10-2023, 12:14           
İstanbulda dəhşət:
Türkiyənin İstanbul şəhərində dəhşətli hadisə baş verib.

Belə ki, Beşiktaş bölgəsində qayadan qopan daşlar yuvarlanaraq evlərin üzərinə düşüb. Hadisə nəticəsində bir neçə evə çox ciddi ziyan dəyib. Ancaq xoşbəxtlikdən zərərçəkən olmayıb.

Ehtimallara görə, hadisəyə səbəb günlərdir davam edən leysan yağışları səbəbindən torpağın yumşalmasıdır.

Hadisə yerinə səhiyyə, xilasetmə və polis qrupları sövq edilib.

Ətrafda təhlükəsizlik tədbirləri görülüb, qayaların yenidən yuvarlanması ehtimalı ilə bəzi evlərin sakinləri təxliyə edilib.



Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru