ƏRDOĞANIN BALKAN İMTAHANI…

4-10-2023, 11:24           
ƏRDOĞANIN BALKAN İMTAHANI…
Balkanlar son 30 ildə AB, ABŞ və Böyük Britaniya tərəfindən sosial-iqtisadi, mədəni, hərbi və siyasi baxımdan Qərbi Balkanlar konsepsiyası altında ciddi şəkildə dizayn edilmişdir. Ötən həftə Kosovo polisinin öldürülməsi ilə üç ildir davam edən Serbiya-Kosovo gərginliyi daimi narahatlıq mənbəyi olaraq qalır.

Problem birbaşa olaraq Aİ, NATO, Rusiya və Çin kimi qlobal aktyorların regional geosiyasi və strateji maraqları ilə bağlıdır. Rusiyanın Balkanlarda təhlükəsizlik siyasətinin ən mühüm mərkəzi aktyoru Serbiyadır. Kosovo və Serbiya arasında qaynar münaqişənin mümkünlüyünü görmürəm, lakin Rusiyanın Ukraynada uğursuzluğu davam edərsə, Serbiyanın regionda ikinci Bosniya müharibəsini alovlandırmaq potensialı var…

Ayrıca ötən gün 5,5 milyon əhalisi olan Slovakiyada 25 partiya və alyansın qatıldığı seçkilərdə keçmiş baş nazir Robert Fiko qalib gəldi. Robert Fikonun sol populist Smer partiyası və onun mümkün koalisiya tərəfdaşı, solçu Slovakiya Milli Partiyası Ukraynaya silah göndərməyəcəklərini, Kiyevin mümkün NATO üzvlüyünün qarşısını alacaqlarını və Rusiyaya qarşı sanksiyalara qarşı çıxacaqlarını bildiriblər. Serbiya və Macarıstanın rusiyapərəst münasibətindən və davranışından bezmiş ABŞ və onun avropalı müttəfiqləri indi Slovakiya ilə də məşğul olacaqlar…

Bölgədə bütün bunlar baş verərkən diqqətlər Ankaranın atacağı addımlara çevrildi. Ərdoğan mənimdə təxmin etdiyim kimi tərəflər arasında dialoqun qurulmasında vasitəçilik missiyasını təklif etdi. Amma işlər gərginləşsə, Ərdoğanın işi çox çətin olacaq. Çünki Ərdoğan həm Putinin dostu, həm də NATO üzvü kimi Baydenlə yaxşı münasibətdə olmaq hüququna malikdir. O, həm Serbiya prezidenti Vuçiç, həm də onun müttəfiqi Macarıstanın baş naziri Urbanla, həm də ABŞ-ın dəstəklədiyi Kosovo prezidenti, müsəlman olan Vjosa Osmani ilə dostdur. Nəzərə almaqda lazımdır ki, Türkiyə 1997-ci ildə Kosovo müharibəsindən sonra albanların maddi və mənəvi qanunlarına dəstəkləyən və müstəqillik mərhələsində bunu ilk tanıyan ölkədir…

Pərviz Əliyev, politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.