Ərdoğan da Qranada görüşünü ləğv edib

4-10-2023, 20:51           
Ərdoğan da Qranada görüşünü ləğv edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İspaniyaya planlaşdırılan səfəri ləğv edilib. Oktyabrın 5-də o, Avropa Siyasi Birliyinin sammitində iştirak etməliydi.

Türkiyənin “Yeni Şafak” qəzeti bildirib ki, Türkiyə prezidenti sağlamlıq problemləri, xüsusilə soyuqdəymə səbəbindən səfəri ləğv edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Qranada səfərini ləğv edib.

Azərbaycanın hakimiyyətyönlü mediasının məlumatına görə, Əliyev bu qərarı Azərbaycan və Ermənistan liderlərinin görüşündə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin, Fransa prezidenti və Almaniya kanslerinin iştirak etməsilə əlaqədar qəbul edib.

Bakı Parisin ermənilərə dəstək olaraq birtərəfli və qərəzli mövqeyinə görə Fransanın iştirakı ilə danışıqlardan imtina edir. Digər tərəfdən, Paşinyanla görüşdə Qərb liderlərilə yanaşı, Türkiyə prezidentinin iştirakının təmin olunmaması da Əliyevin qərarına təsir göstərib.(Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru