Ərdəbil məhkəməsi sürgün hökmünə boyun əyməyən Abbas Lisaninin cəzasını artırıb

6-10-2023, 14:44           
Ərdəbil məhkəməsi sürgün hökmünə boyun əyməyən Abbas Lisaninin cəzasını artırıb
Ərdəbil Məhkəməsi iki illik sürgün cəzasına boyun əyməyən tanınmış siyasi fəal Abbas Lisaninin cəzasını artırıb.

Abbas Lisani keçən fevral ayında 4 ildən artıq həbsdən sonra sərbəst buraxılmasının ardınca 2 illik əlavə sürgün cəzasının icrası üçün polis müşayiəti ilə İranın Yəzd şəhərinə göndərilmişdi. Ancaq o, qısa müddət sonra vətəndaş itaətsizliyi olaraq sürgün cəzasını rədd edərək Ərdəbilə qayıtmışdı.

Abbas Lisani adlı Telegram kanalının surətini yaydığı Apellyasiya Məhkəməsi 1-ci şöbəsinin qərarında yazılanlara görə, fəalın 2 illik sürgün cəzası üçdə bir qədər artırılıb.

"Məhkum Abbas Lisaninin əlavə cəzası ilə əlaqədar Yəzd şəhristanının icra şöbəsinin bildirdiyinə görə, məhkum sürgün yerini tərk edib. Bu səbəblə məhkəmə İslami Cəza Qanununun 24-cü maddəsinə əsasən məhkumun Yəzd şəhərində məcburi iqamət cəzasını üçdə bir dəfə artırır. Bu qərar 443-cü maddəyə əsasən qətidir" - deyə, oktyabrın 4-də Lisaninin əlinə çatan məhkəmə hökmündə bildirilib.

Abbas Lisani göstərdiyi fəaliyyətlər səbəbilə təqribən 20 il ərzində dəfələrlə həbs, mühakimə, təhdid və digər təzyiqlərə məruz qalıb. O, Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.