Türkiyənin Qazianntep bölgəsində ağır yol qəzası baş verib. Bakupost.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Məlumata görə, işıqforda dayanmaq istəyən yük maşını əyləcində yaranan nasazlıq üzündən iki minik avtomobilinə çırpılıb. Nəticədə altı nəfər ölüb, 17-si isə yaralanıb.