Bu Türk dövlətində dini geyimlər qadağan edilə bilər

7-10-2023, 10:44           
Bu Türk dövlətində dini geyimlər qadağan edilə bilər
“Qazaxıstanda ictimai yerlərdə hicab və digər dini geyimlərin geyinilməsi qadağan edilə bilər”.
Bakupost.az "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bu sözləri ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva deyib.
“Dinlə bağlı məsələlər çox aktuallaşıb. Məsələ əhalinin dindarlığında deyil, dini savadsızlıqdadır. Bu gün ənənəvi dini cərəyanlarla yanaşı, qeyri-ənənəvi dini cərəyanlar da aktiv fəaliyyət göstərir. Ona görə də nazirlik üç istiqamətdə iş görür. Bu, sosial şəbəkələrdə destruktiv xarakterli materialların müəyyən edilməsi üçün gecə-gündüz monitorinqin aparılmasıdır”, - deyə Balayeva Mərkəzi Rabitə Xidmətində keçirilən brifinqdə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru