“Şaban”ın məşhur avtomobili satışa çıxarıldı - VİDEO

11-10-2023, 13:08           
“Şaban”ın məşhur avtomobili satışa çıxarıldı - VİDEO
Məşhur Türkiyəli aktyor Kemal Sunalın (məşhur “Şaban” obrazının ifaçısı - red.) 1984-cü ildə Almaniya turnesi zamanı aldığı və bir çox filmlərində istifadə etdiyi “Mercedes” markalı avtomobil satışa çıxarılıb.

Türkiyə mətbuatı yazır ki, avtomobil onun hazırkı sahibi Ahmet Yılmaz tərəfindən satılır.

Ahmet Yılmaz qeyd edib ki, o, bu maşını 2007-ci ildə alıb.

“O zaman İstanbulda yaşayan bir dostum vasitəsilə almışdım avtomobili. Mən bu nəqliyyat vasitəsini əldə edəndə onun Kemal Sunala məxsus olduğunu bilməmişəm. Bunu biləndə çox sevindim və o gündən maşını qorudum. O vaxtlar çoxları almaq istəyirdi, amma satmaq fikrim olmayıb”, - deyə Ahmet Yılmaz qeyd edib.
Avtomobilin hazırkı sahibi qeyd edib ki, o, hər zaman “Mercedes”i idarə edərkən mərhum aktyorun xatirəsinə ehtiramla yanaşıb.

“Amma indi satmaq qərarına gəldim. Avtomobili alan şəxsdən yalnız onun pulunu ödəmək tələb edilmir. O da mənim kimi avtomobili idarə edərkən Kamal Sunalın xatirəsini uca tutmalıdır”, - deyə Ahmet Yılmaz əlavə edib.

Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru