Türkiyədən qanunsuz yolla çıxarılan 37 tarixi əsər geri qaytarıldı - FOTO
12-10-2023, 08:22
İsveçrə Federal Mədəniyyət İdarəsinin səlahiyyətliləri tərəfindən Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirildiyi müəyyən edilən 37 ədəd tarixi əsər ölkəyə təhvil verilib.
Əsərlər Türkiyə ilə İsveçrə arasında 15 noyabr 2022-ci ildə imzalanmış Arxeoloji Mədəni İrsin Qorunması haqqında Saziş çərçivəsində geri qaytarılıb.
Əksəriyyəti Urartu dövrünə aid tunc əşyalardan ibarət olan tarixi əsərlər arasında 6 min illik Kusura tipli büt də var.
İsveçrəyə qeyri-qanuni yolla gətirilərək Türkiyəyə qaytarılan əsərlər arasında Roma dövrünə aid tunc qablar, at qoşqu hissələri, maral heykəlciyi və gümüş vaza parçası kimi mədəni sərvətlər də mövcuddur. Mənbə: TRT