Məşhur Türkiyə serialı beynəlxalq mükafata layiq görüldü - FOTO

22-11-2023, 15:54           
Məşhur Türkiyə serialı beynəlxalq mükafata layiq görüldü - FOTO
Televiziya İncəsənəti və Elmləri Akademiyası tərəfindən ABŞ-dən kənarda istehsal olunan layihələrə verilən Beynəlxalq Emmi mükafatları Nyu-Yorkda öz qaliblərini tapıb.

Türkiyənin məşhur “Yargı” adlı serialı da Beynəlxalq Emmi Mükafatına layiq görülüb.

Nyu-Yorkun “Hilton Midtown” hotelində təşkil olunan mərasimdə 20 ölkədən 14 kateqoriya üzrə 56 layihə təmsil olunub. Mərasimdə Türkiyənin “Ay Yapım” şirkətinin istehsalı olan “Yargı” serialı “Ən yaxşı telenovella” nominasiyasında mükafat qazanıb.

Mərasimdə serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Sema Ergenekon və baş rol ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlu iştirak ediblər.
Ulduzların ən gözəl libasları ilə qırmızı xalıdan keçdiyi gecədə serialın baş rol ifaçısı Pınar Deniz geyimi və görünüşü ilə diqqət mərkəzində olub.







Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.