Türkiyədə bir ailənin 5 üzvü güllələnib 23-11-2023, 10:53 Türkiyənin paytaxtı Ankarada qonşular arasında yaranan mübahisə zamanı ikisi uşaq olmaqla 5 nəfər güllələnib.“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.“Eyni ailədən olan 4 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb”, - məlumatda qeyd edilib.Bildirilib ki, daha əvvəl səs-küy səbəbindən qonşular arasında vaxtaşırı mübahisələr yaranıbmış. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Facebook-da paylaş