Türkiyədə zəlzələ baş verib

24-11-2023, 08:16           
Türkiyədə zəlzələ baş verib
Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib

Türkiyənin şərqindəki Malatya vilayətində 5,2 maqnitudalı zəlzələ baş verib.

AYNA “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur. Zəlzələ yerli vaxtla saat 17:46-da qeydə alınıb. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, yeraltı təkanların episentri təxminən 441 min nəfər əhalisi olan Malatya şəhərindən 30 km cənub-şərqdə yerləşib.

Zəlzələ Türkiyənin şərqində bir çox bölgədə hiss olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru