Türkiyədə qaz qovşağının yaradılmasına dair yol xəritəsi razılaşdırılır

26-11-2023, 16:14           
Türkiyədə qaz qovşağının yaradılmasına dair yol xəritəsi razılaşdırılır
Rusiyanın Türkiyədə qaz qovşağının yaradılmasında iştirakına dair yol xəritəsi razılaşdırılır və yaxın vaxtlarda konkret razılıq əldə oluna bilər.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yekunlarına dair “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Hazırda yol xəritəsi razılaşdırılır, Türkiyə nümayəndə heyəti “Qazprom”un bu sahədəki təklifi ilə tanış olmaq üçün Sankt-Peterburqa gəlməyi planlaşdırır. Əminəm ki, yaxın vaxtlarda bu layihənin praktiki həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə olunacaq” - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru