Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə edib

27-11-2023, 08:04           
Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıqlarda İsrailin Qəzzaya həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.

“Başda Türkiyə və İran olmaqla İslam dünyasının Fələstin torpaqlarında İsrail vəhşiliyinə qarşı ortaq mövqe nümayiş etdirməsinin önəmini Prezident Ərdoğan görüşdə dilə gətirib”, – mətbuat xidməti diqqətə çatdırıb.

Eyni zamanda, qeyd olunub ki, telefon danışığı zamanı liderlər Türkiyədə keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru