Ankara Sankt-Peterburqa nümayəndə heyəti göndərir: "Belə bir fikir var ki..."

27-11-2023, 10:39           
Ankara Sankt-Peterburqa nümayəndə heyəti göndərir:
Türkiyə nümayəndə heyəti qaz qovşağının yol xəritəsini müzakirə etmək üçün dekabrın birinci yarısında Sankt-Peterburqa səfər etməyi planlaşdırır.

Bu barədə RİA Novosti Ankaradakı mənbəyə istinadla məlumat yayıb.

"Bəli, həqiqətən belə bir fikir var. Biz bu niyyətimizi rusiyalı həmkarlarımızla danışıqlarda ifadə etmişik", - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, hazırda təsdiqləmə işləri aparılır.

"İlkin olaraq bu, dekabrın birinci yarısı olacaq", - mənbə qeyd edib.

Noyabrın 25-də Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, Moskva və Ankara Türkiyə ərazisində qaz qovşağının yaradılması ilə bağlı yol xəritəsi üzrə yaxın vaxtlarda razılığa gələ bilərlər .

2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana respublikada Avropa ölkələrini yanacaqla təmin etmək üçün qaz qovşağı yaratmağı təklif edib. Dövlət başçısı vurğulayıb ki, bu platformadan qazın qiymətinin müəyyən edilməsində də istifadə oluna bilər.

Daha sonra Türkiyə prezidentinin seçki öncəsi rəsmi nümayəndəsi olan İbrahim Kalın bildirib ki, ölkədə beynəlxalq qaz qovşağının yaradılması üçün bütün lazımi infrastruktur var. Eyni zamanda o, bu təşəbbüsün Ankara üçün əhəmiyyətinə diqqət çəkib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.