İraqın şimalında Türkiyə hərbçilərinə hücum nəticəsində 2 nəfər şəhid olub, 2 nəfər yaralanıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücum nəticəsində iki hərbçimiz həlak olub, iki silahdaşımız yaralanıb və xəstəxanaya göndəriliblər", – deyə məlumatda bildirilib.