Təbrizdə geniş şəkildə bayraqlı stikerlər dağıdılıb

28-11-2023, 07:34           
Təbrizdə geniş şəkildə bayraqlı stikerlər dağıdılıb
Təbriz şəhərində milli fəallar İran Azərbaycanının milli mücadilə bayrağının stikerlərini geniş şəkildə dağıdıb və müxtəlif yerlərə yapışdırıblar.

Sosial medida yayımlanan şəkillərdə bu stikerlərin üzərində "Düşüncəmizin adı Yürüş" yazıldığı maşhidə olunur. Həmin stikerlər həbs olunan güneyli siyasi fəal Yürüş Mehəlibəyliyə dəstək məqsədilə dağıdıldığı güman edilir.

Şəkillərdən də göründüyü kimi Təbriz bələdiyyə binası, Ərk qalası və şəhərin ən çox ziyarət edilən yerlərində, Təbrizin ticarət mərkəzlərində və məhəllələrində divarlara bu stikerlər yapışdırılıb. Həmçinin bu stikerlər ictimai nəqliyyat vasitələrində də quraşdırılıb.

Həmin fəaliyyətlər milli fəalların uzun müddət Təbriz Kəşfiyyat İdarəsinin təxridxanasında həbsdə saxlanılmasına, onlara və ailələrinə qarşı təhdid basqı və təzyiqlərə etiraz olaraq həyata keçirilir.

Ölkədə hər hansı bir media yaradılmasının və nəşrlərdə tənqidi məzmunun dərcinin qadağan edilməsi, bütün sosial media platformalarının ölkədə bloklanması və təhlükəsizlik qüvvələrinin milli fəalların virtual aləmdə yayımladığı məzmunun nəzarəti və ifadə azadlığının kəskin məhdudlaşdırılması nəticəsində milli fəallar şəhərlərdə plakatlar və elanlar yaymaqla insanları məarifləndirməyə cəhd edirlər.

Bölgədəki hüquq müdafiəçiləri və milli fəallar Təbrizdə həbs edilən fəalların fiziki işgəncələrə məruz qalması ehtimalı olduğundan narahat olduqlarını və onların sağlamlıq vəziyyətindən narahat olduqlarını bildirirlər.
amerikaninsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru