Qırğızıstan günəbaxandan utanıb Günəşi seçdi - FOTO

30-11-2023, 17:53           
Qırğızıstan günəbaxandan utanıb Günəşi seçdi - FOTO
Joqorku Keneş (Qırğızıstan parlamenti) ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bu barədə Parlamentin mətbuat xidmətindən bildirilib.

Qanun layihəsinə əsasən, bayraqdakı Günəşin şüalarının dalğavari formasının düz formaya dəyişdirilməsi təklif edilir.

Qanun layihəsinin təşəbbüskarları bildiriblər ki, bir çox insanlar belə şüaları günəbaxanlarla əlaqələndirirlər. Halbuki bu bitki Qırğızıstanın əsas kənd təsərrüfatı məhsulu da deyil.
Deputatların fikrincə, düz şüalar Günəş şüalarına daha çox bənzəyir.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru