Türkiyəyə gələn təhlükəni yeganə real başa düşən maliyyə naziri Mehmet Şimşek görünür...

2-12-2023, 09:14           
Türkiyəyə gələn təhlükəni yeganə real başa düşən  maliyyə naziri Mehmet Şimşek görünür...
"Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir və bir neçə digər ərəb dövləti İsrailə qarşı İslam Əməkdaşlıq Təşkilatının sanksiyalar tətbiq etməsinin qarşısını alıblar"

"Türkiyə Rusiya və HƏMAS-ın güdazına gedə, qurbana çevrilə bilər. Ankara Rusiyanı qadağan olunmuş məhsulllarla təmin etməkdə və HƏMAS-ın maliyyələşməsində ittiham olunaraq ağır sanksiayalara məruz qala bilər. ABŞ maliyyə nazirinin maliyyə kəşfiyyatı və terrorla mübarizə üzrə müavini Brayan Nelson bununla bağlı sonuncu xəbərdarlığı edib. Nazir müavini xəbərdarlıq edib ki, əgər Türkiyə ən qısa zamanda siyasətində dəyişiklik etməsə, çox pis işlər olacaq". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq hesab edir ki, Türkiyənin maliyyə naziri Mehmet Şimşek Ankarada bunları başa düşən yeganə dövlət rəsmisi kimi görünür: "Digərləri özlərini hələ də məhəllə "kabadayı"sı kimi aparır. Yəməndən İsrailə atılan iki ballistik raket Səudiyyə Ərəbistanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir və bir neçə digər ərəb dövləti İsrailə qarşı İslam Əməkdaşlıq Təşkilatının sanksiyalar tətbiq etməsinin qarşısını alıblar. Ərəbdən çox müsəlman olduğunu sübut etmək istəyənlər isə Türkiyəni uçuruma sürükləyirlər".
Teref. Xocanın Blogu













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.