Türkiyə-Ermənistan sərhədi: Əlican məntəqəsi açılışa hazırdır
2-12-2023, 16:44
Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır.
Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanıb: “Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları, bundan başqa diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”.