Türkiyədə 14 sosial media fenomeninin əmlakları müsadirə OLUNDU

2-12-2023, 16:48           
Türkiyədə 14 sosial media fenomeninin əmlakları müsadirə OLUNDU
Bir müddət öncə çirkli pulların yuyulması səbəbi ilə saxlanılan Dilan Polat və həyat yoldaşı Engin Poladın istintaqı çərçivəsində daha 12 və digər iş üzrə isə 2 sosial media fenomenin mal-mülkü müsadirə edilib.

24 şübhəlidən 16-nın həbs olunduğu iş üzrə istintaq Anadolu Respublika Baş Prokurorluğu tərəfindən aparılır.

Əmlakları müsadirə edilənlər sırasında sosial media fenomenləri Eylül Öztürk Özkan, Feyzanur Başar, İleyda Topal, İlke Elagöz, Kadir Yiğit, Merve Nur Korkut, Muhammed Oğuz Başar, Murat Yiğit, Tolunay Topal, Yasemin Yiğit, Tuğba Dəmir, Yavuz Səlim Qorqud var.

İstintaqları davam edən digər cütlük, fenomenlər Özlem Altınok Öz və əri Təyyar Taylan Özün də əmlakları müsadirə olunub.

Mənbə: bizim.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru