Türkiyədə iki icra nümayəndəsi arasında silahlı dava: Ölən və yaralanan var - FOTOLAR

3-12-2023, 11:07           
Türkiyədə iki icra nümayəndəsi arasında silahlı dava:
Türkiyənin Kütahya şəhərinin Emet rayonunda iki icra nümayəndəsi arasında silahlı dava düşüb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

36 və 38 yaşlarında iki icra nümayəndəsi arasında borc məsələsi səbəbindən mübahisə yaranıb.

Mübahisə qızışıb və məmurlardan biri iş yoldaşına və həmçinin dükan sahibinə tapança ilə atəş açaraq qaçıb.

Hadisə yerinə tibbi yardım və polis qrupları cəlb ediliblər. Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıblar.

Üç uşaq atası olan yaralı icra nümayəndəsini həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Atəş açan şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı istintaq davam edir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.