Vergi borcu olanları hansı sanksiya gözləyir?

3-03-2025, 16:38           
Vergi borcu olanları hansı sanksiya gözləyir?
Bəzi hallarda vergi ödəyiciləri müəyyən səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilmirlər və nəticədə vergi borcu yaranır.

Oxu.Az ATV-yə istinadən məlumat verir ki, vergi orqanı ilkin olaraq bu barədə müxtəlif kanallar vasitəsilə vergi ödəyicisini məlumatlandırır. Rəsmi bildirişlər, mesajlar göndərir.

Edilmiş xəbərdarlıqlardan sonra da borcunu ödəməyənlərə qarşı isə inzibati tədbirlər görülür.

Dövlət Vergi Xidmətinin idarə rəisinin müavini Rəsul Hüseynov bildirib ki, müəyyən xəbərdarlıqlara məhəl qoymayaraq borcun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergi ödəyicisi cinayət məsuliyyətinə cəlb oluna bilər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru